Əsas Səhifə > Hadisə > Gəncədə külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb
Gəncədə külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb5-03-2019, 10:36 |
|
Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb. DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 1988-ci il təvəllüdlü Taleh Həsənov saxlanılaraq polis idarəsinə gətirilib və onun üzərinə baxış keçirilən zaman üzərindən 0.4 qram narkotik vasitə olan “heroin” aşkar olunub. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində T.Həsənova narkotik vasitə satan şəxsin Gəncə şəhər sakini 1982-ci il təvəllüdlü Turan Məmmədov olduğu müəyyən edilib. Onun evinə baxış keçirilən zaman 27.3 qram narkotik vasitə olan “heroin” aşkar olunaraq götürülüb. Hər iki faktla bağlı araşdırmalar davam etdirilir. Rubrika.az Geri qayıt |