Əsas Səhifə > Səhiyyə > Şahdağ Turizm Kompleksində bədbəxt hadisə: Yaralanan əcnəbini həkimlər xilas etdilər
Şahdağ Turizm Kompleksində bədbəxt hadisə: Yaralanan əcnəbini həkimlər xilas etdilər5-03-2019, 14:11 |
![]() Şahdağ Qış-Yay Turizm Kompleksində bədbəxt hadisə baş verib. Xarıcı işçilərdən biri xəstəxanaya yerləşdirilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov virtualaz.org-a bildirib ki, Qusar Mərkəzi Rayon Xəstəxanasının işçiləri ağır xəsarət alan xarici şirkət əməkdaşının həyatını xilas ediblər. Həmin xəstə Şepelyov Nikita Mixayloviçdir. Ona qaraciyər, böyrək, dalaq, bağırsağın ağır xəsarətləri, çoxlu qanitirmə və ağır travmatik şok diqnozu qoyulub. N.Şepelyovu rayon mərkəzi xəstəxanasında əməliyyat ediblər. Faktla bağlı Qusar rayon prokurorluğunda araşdırma aparılır. Rubrika.az Geri qayıt |