Əsas Səhifə > Hadisə > Problemli krediti olanları ən çox narahat edən suala cavab verildi - Mümkün deyil...
Problemli krediti olanları ən çox narahat edən suala cavab verildi - Mümkün deyil...6-03-2019, 12:29 |
|
Müəyyən məbləğ ödənildikdən sonra banklar konpensassiyanın ödənilməsini dayandıracaq? Rubrika.az Milli.Az-a istinadla xəbər verir ki, bu sualla vətəndaş hazırda canlı yayımda sualları cavablandıran İqtisadi İslahatların Təhlili və Kommunikasiya mərkəzinin rəhbəri Vüsal Qasımlıya müraciət edib. Vüsal Qasımlı belə bir halın mümkünsüz olduğunu bildirib: "Bu, heç bir halda mümkün deyil. Çünki kompensassiyaların ödənilməsi may ayının sonuna qədər yekunlaşmalıdır. Kompensassiyanı dövlət ödəyir, cənab prezidentin tapşırığı ilə dövlət büdcəsindən. Bu, dövlətin işidir, yəni, dövlət bunu edir. Ona görə də kompensasiya ilə bağlı heç bir problem ola bilməz. Dövlət büdcəmiz buna imkan verir ki, biz bu ödənişləri vaxtında, nəzərdə tutulmuş məbləğlə həyata keçirək". Rubrika.az Geri qayıt |