Əsas Səhifə > Şou Biznes > Məşhurlarımız Şabanın oğlu ilə filmə çəkiləcəklər – FOTOLAR
Məşhurlarımız Şabanın oğlu ilə filmə çəkiləcəklər – FOTOLAR6-03-2019, 21:25 |
![]() Aktyor Fərda Xudaverdiyevə qatıldığı mükafatlandırma mərasimində sürpriz edilib. Belə ki, ona öz şəklinin əks olunduğu, Ərdəbildə toxunmuş divar xalçası hədiyyə verilib. Aktyor təəssüratlarını musavat.com saytına açıqlamasında bölüşüb: “Bu cür tədbirlərdə standart hədiyyələr verilir. Elə bildim ki, onlardandır. Amma açanda öz rəsmimi xalça üzərində görəndə çox təəccübləndim. Çox gözəl haldır ki, ölkədən kənarda, xəbəriniz olmadan kimsə sizin xalçanızı toxuyur. Evimin ən gözəl yerindən asacağam”. Aktyor son olaraq rol aldığı “Taksi Liza” filmindən narazı qaldığını da açıqlayıb: “Təqdimatı yaxşı oldu, amma ümumi gedişat məni qane etmədi. Səs effektləri, görüntü yaxşı deyil. Tamaşaçılar kinoteatrlarda izləyir, maraq az deyil, amma mən istədiyim kimi film deyil”. Aktyor Türkiyədə rol alacağı yeni filmdən də bəhs edib: “May ayında “Yanlış anlama” komandası ilə “Haraket 8” filminə başlayacağıq. Azərbaycandan İslam, Pərvin və mən rol alacağam. Baş rolların birini Şabanın oğlu Ali Sunal canlandıracaq. Komediya aksiyon filmidir. Bir hissəsi Azərbaycanda, bir hissəsi Türkiyədə çəkiləcək”. ![]() Rubrika.Az Geri qayıt |