Əsas Səhifə > Təhsil > Şamaxıda körpələr evi-uşaq bağçasının açılışı olub
Şamaxıda körpələr evi-uşaq bağçasının açılışı olub7-03-2019, 13:26 |
![]() Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 7-də Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Məktəbəqədər təhsil proqramı” çərçivəsində Şamaxının Şəhriyar qəsəbəsində yeni inşa olunmuş 4 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər. Rubrika.az "Report"a istinadən xəbər verir ki, dövlət başçısı və birinci xanım körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsiblər. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olublar. Rubrika.az Geri qayıt |