Əsas Səhifə > Hadisə > Dövlət qulluqçularının maaşları artırıldı
Dövlət qulluqçularının maaşları artırıldı9-03-2019, 14:44 |
|
Prezident İlham Əliyev "Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Rubrika.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda qeyd edilir ki, "Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 3, maddə 511, № 7 (II kitab), maddə 1574, № 11, maddə 2287) aşağıdakı dəyişikliklər edilsin: 1.1. 1-ci hissədə "165" rəqəmləri "200" rəqəmləri ilə əvəz edilsin; 1.2. həmin Sərəncamla təsdiq edilmiş 2 nömrəli Əlavənin 2.4.1.1-2.4.1.4-cü yarımbəndlərində "185", "175", "170" və "165" rəqəmləri müvafiq olaraq "215", "210", "205" və "200" rəqəmləri ilə əvəz edilsin. Sərəncam 2019-cu il martın 1-dən tətbiq edilir. Rubrika.Az Geri qayıt |