Əsas Səhifə > Hadisə > Sibel Can azərbaycanlı qadını BİABIR ETDİ

Sibel Can azərbaycanlı qadını BİABIR ETDİ


9-03-2019, 20:44
Sibel Can azərbaycanlı qadını BİABIR ETDİ

Türkiyənin məşhur sənətçisi Sibel Can Bakı Konqres Mərkəzində konsert verib.

Rubrika.az ölkə.az-a istinadla bildirir ki, üç saata yaxın davam edən konsertdə sənətçi hit mahnıları ilə yanaşı, yeni ifalarını da təqdim edib.

Məşhur sənətçi səhnədən zala enərək tamaşaçıların hücumuna məruz qalıb. Bu an valideynlərdən birinin azyaşlı övladını unudaraq müğənniylə selfi çəkdirmək istəməsi Sibel Canın tənqidinə səbəb olub:

"İnstagram bizi məhv etdi. Uşağın az qala ayaqlar altda qalacaqdı, mən xilas etdim. Uşağından muğayat ol".

Qeyd edək ki, konserti Ruhi Əliyevanın rəhbəri olduğu "Liatris" holdinq təşkil edib.

RUBRİKA.Az
Geri qayıt