Əsas Səhifə > Hadisə > Bu gün vəfat edən sənətkarımızla bağlı ağrılı fakt - Video
Bu gün vəfat edən sənətkarımızla bağlı ağrılı fakt - Video9-03-2019, 21:44 |
|
Bu gün gecə saatlarında vəfat edən tanınmış xanəndə, ustad sənətkar Camal Dadaşovla bağlı bəzi faktlar üzə çıxıb. Rubrika.Az Kult.az-a istinaden xatırladır ki, 1951-ci ildə Şamaxı rayonunun Şıxzərli kəndində anadan olan Camal Dadaşov Asəf Zeynallı adına musiqi kollecində (1979-1985) xalq artisti, muğam ustadı Hacıbaba Hüseynovun sinfini bitirib. O, 1975-ci ildə rayonlararası keçirilən festivalda 1-ci yeri tutur və fəxri ada layiq görülür. Kollecdə oxuduğu vaxtlardan üzərində işləyən, sahəsi üzrə daha çox məlumat əldə etməyə çalışan Camal Dadaşov hələ 2-ci kursda oxuyarkən -1981-ci ildə Gəncə şəhərində ümumrespublika üzrə keçirilən "Şur" muğamı festivalında 1-ci dərəcəli mükafata layiq görülür. Muğam ustadının 2001-ci ildə Respublika səviyyəsində 50 illik yubileyi keçirilib, bir neçə fəxri adlar verilib və mükafatlarla təltif edilib. O, “Muğam Müsabiqəsi-2007”-nin laureatı Abgül Mirzəliyevin ustadı, “Muğam Müsabiqəsi-2011”-in laureatı Mirələm Mirələmovun isə müəllimi olub. Avazı xoş, səsi şirin ustad sənətkar olduqca ağrılı tale yaşayıb. O, 3 oğlunu itirib: bir övladı kiçik yaşlarında gölə düşərək boğulub. Xəstə olan digər övladının itkisi isə Camal bəyin ömrünə növbəti zərbə olub. Digər oğlu - musiqi sahəsində ona yoldaş olan tanınmış qarmon ifaçısı Nazim Dadaşov 2016-cı il iyulun 19-da avtomobil qəzasında vəfat edib. Xatırladaq ki, tanınmış xanəndə Camal Dadaşov bu gün gecə saatlarında yatmaq üçün otağına keçərkən qəfil ürəktutmadan vəfat edib. Rubrika.Az Geri qayıt |