Əsas Səhifə > Hadisə > Meksikada gecə barına silahlı hücum: 15 ölü

Meksikada gecə barına silahlı hücum: 15 ölü


9-03-2019, 23:05
Meksikada gecə barına silahlı hücum: 15 ölü

Meksikada gecə barına silahlı hücum nəticəsində 15 nəfər ölüb.

Excelsior nəşrinin verdiyi məlumata görə, hadisə Salamanka şəhərində baş verib.

Bildirilir ki, silahlı şəxslər bara daxil olaraq müştərilərə və işçilərə atəş açıblar. Nəticədə 13 nəfər ölüb, 8 nəfər yaralanıb. Yaralananlardan iki nəfər bir müddət sonra xəstəxanada ölüb.

Hücum edənlər yük maşınında hadisə yerindən uzaqlaşıblar. Polis onların saxlanılması məqsədilə əməliyyat keçirir.


Rubrika.Az
Geri qayıt