Əsas Səhifə > Hadisə > Avtobuslarda sürət məhdudlaşdırılacaq – VİDEO

Avtobuslarda sürət məhdudlaşdırılacaq – VİDEO


11-03-2019, 19:17
Avtobuslarda sürət məhdudlaşdırılacaq – VİDEO

Bakıda sərnişindaşımaya dair təsdiq edilən tələblər toplusunda avtobuslarda sürətin məhdudlaşdırılması da öz əksini tapıb. Mütəxəssislər deyir ki, bununla da, ictimai nəqliyyatda ən narahat doğuran məsələlərdən sayılan daha bir məsələ öz həllini tapacaq.

ARB TV-nin “Günə Doğru” verlişində məsələ ilə bağlı maraqlı sujet yayımlanıb.

Azər Allahverənov - Epskert: “Yüksək sürət həddi istənilən hallarda bizim yollarda gərginliyə səbəb olurdusa, qəza şəriatinə gətirib çıxarırdısa, həmin cihazların işə salınması avtobusda quraşdırılması təbii ki, dediyimiz bu gərgin anları, xoşa gəlməz halları aradan qaldırmış olacaq”.

Hazırda paytaxtda 2 mindən çox avtobus sərnişindaşıma ilə məşğuldur. Bunun da 600-ə yaxını yeni gətirilən müasir nəqliyyat vasitələridir ki, onlarda da istehsalçı tərəfindən bu mexanizm quraşdırılıb. Lakin sürət limitinin tətbiqi alıcı tərəfindən işə salınmalıdır. Artıq bəzi daşıyıcılar bu mexanizmdən istifadə edərək avtobuslarında sürət həddini məhdudlaşdırıblar.

İsmayıl Hüseynov - Daşıyıcı şirkətin rəsmisi: “250 avtobusun 127-sində var. 123 avtobusa da bu qoyulan qərardan sonra şamil olunacaq”.

İbrahim Quliyev - Daşıyıcı şirkətin rəsmisi: “Sürət həddini aşa bilmirlər. Max sürət 60-dır, onu istəsələr belə aşa bilmirlər”.

Mütəxəssislər deyir ki, sürət məhdudiyyəti nəzərdə tutlan zaman avtobusun keçdiyi küçə və prospektlər və magistrallar nəzərə alınmalıdır. Eyni zamanda istehsalçıya bununla bağlı sifariş verilməsi məqbul sayılmır.

Azər Allahverənov - Ekspert: “Cahazın özü, elə proqramlaşdırılmalıdır ki, avtobusun harda hərəkətdə olmasından aslı olmayaraq adekvat olaraq sürəti seçsin. Avtobusu istehsal edən şirkətdə sifariş etmiş olsun. Bu müəyyən mənada bir az baha başa gələ bilər. Çünki cihazın növündən də aslı olaraq, dəyişir”.

Ağamirzə Mirzəyev – Usta: “Proqram təminatı ilə komputerlə avtobusların sürəti müəyyən edilir yazılır. Köhnə avtobuslarda isə, yanacaq nasosunda vinti tənzimləməklə mümkündür”.

Ötən il Bakıda baş verən 619 yol qəzasının 44-ü avtobusların payına düşür. Bu hadisələr zamanı isə 23 nəfər ölüb, 38 nəfər yaralanıb. Təbii ki, əksəriyyətinin də səbəbi yüksək sürət olub. Avtobuslarda sürət məhdulaşdıcı cihazların quraşdırılmasından sonra bu cür hadisələrin də azalacağı gözlənilir.


Rubrika.Az

Geri qayıt