Əsas Səhifə > Hadisə > Nizami rayonunda mağazadan oğurluq etmiş dəstə üzvləri saxlanılıb
Nizami rayonunda mağazadan oğurluq etmiş dəstə üzvləri saxlanılıb12-03-2019, 11:50 |
![]() Paytaxtın Nizami rayonu ərazisində mağazadan oğurluq etmiş dəstə üzvləri saxlanılıb. DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 75 manat pul və 2300 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Gədəbəy rayon sakini Y.Həmzəyev, əvvəllər məhkum olunmuşlar - Qəbələ rayon sakini H.Yusibov, Xaçmaz rayon sakinləri F.Nurməmmədov və T.Muxtarov saxlanılmışlar. Araşdırma aparılır. Rubrika.az Geri qayıt |