Əsas Səhifə > Din > Yel çərşənbəsi: bayram tonqallarında 9 nəfər yandı
Yel çərşənbəsi: bayram tonqallarında 9 nəfər yandı13-03-2019, 10:48 |
|
Dünən Respublika Yanıq Mərkəzinə Yel çərşənbəsini qeyd edərkən yanıq xəsarətləri almış 9 nəfər gətirilib. Bu barədə virtualaz.org-a Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov məlumat verib. P.Abubəkirov bildirib ki, yananlardan ikisi təcili yardımla, digərləri isə yaxınları tərəfindən gətirilib. Bir neçə nəfər tibbi yardım göstəriləndən sonra evə buraxılıbb. Nazirlik əhaliyə müraciət edərək bayram günlərində ehtiyatlı olmağa çağırıb. Rubrika.Az Geri qayıt |