Əsas Səhifə > Hadisə > Bakıda 7 tələbə dönərdən zəhərləndi
Bakıda 7 tələbə dönərdən zəhərləndi13-03-2019, 21:13 |
![]() Paytaxtın Nərimanov rayonunda, Əhməd Rəcəbli küçəsi 21-də yerləşən "Köz dönər" kafesində dönər yeyən 7 nəfər zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə gətirilib. Rubrika.Az xəbər verir ki, Virtualaz.org-a daxil olan məlumatda onların universitet tələbələri olduğu bildirilib. Tələbələr dərsdən sonra birlikdə dönər yeməyə gediblər. Faktı Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov təsdiqləyib. P.Abubəkirov deyib ki , gətirilənlərdən ikisinin 17 yaşı var, buna görə də Ə.Qarayev adına 2 saylı uşaq xəstəxanasına köçürülüblər. Zəhərlənənlərin həyatı üçün təhlükə yoxdur. Rubrika.Az Geri qayıt |