Əsas Səhifə > Hadisə > Ötən gün yol qəzalarında 2 nəfər ölüb, 8 nəfər xəsarət alıb
Ötən gün yol qəzalarında 2 nəfər ölüb, 8 nəfər xəsarət alıb14-03-2019, 09:28 |
|
Ötən gün yol qəzalarında 2 nəfər ölüb, 8 nəfər xəsarət alıb Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faaktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, martın 13-də ölkədə 30 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalan 23 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Ölkənin avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 8 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb. Rubrika.az Geri qayıt |