Əsas Səhifə > Hadisə > Azərbaycandan Rusiyaya sərnişin aparan mikroavtobusda qəzaya düşənlərdən biri də öldü - Qurbanların sayı 8-ə çatdı
Azərbaycandan Rusiyaya sərnişin aparan mikroavtobusda qəzaya düşənlərdən biri də öldü - Qurbanların sayı 8-ə çatdı14-03-2019, 01:46 |
![]() Bakıdan Moskvaya gedən mikroavtobusun Stavropolda qəzaya uğraması nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb. Rubrika.Az Virtualaz.org-a istinadla xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyindən məlumat verilib. Ölənin kimliyi açıqlanmır, onun ağır vəziyyətdə xəstəxanaya çatdırılan yaralılardan biri olduğu bildirilir. Xatırladaq ki, hadisə martın 6-da yerli vaxtla 05:30-da Qafqaz magistralının 252-ci kilometrliyində, Nevinnomıssk rayonunda qeydə alınıb. Qəza zamanı “Mercedes Vito” və “QAZ-66” markalı avtomobillər toqquşub. Hadisəyə “QAZ-66” markalı avtomobilin qarşı yola çıxması səbəb olub. Sərnişinlərdən 4-ü hadisə yerində, digər 2-si isə xəstəxanaya çatdırılarkən yolda ölüb. Martın 11-də isə hadisə nəticəsində ağır xəsarət alan daha bir azərbaycanlı - Şirinov Xəyal Hamlet oğlu müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Rubrika.Az Geri qayıt |