Əsas Səhifə > Hadisə > Ağsuda zəlzələ olub

Ağsuda zəlzələ olub


14-03-2019, 20:13
Ağsuda zəlzələ olub

Ağsu rayonunda yenidən zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 18:19-da, Pirqulu stansiyasından 9 km cənub-qərbdə, Ağsu ərazisində qeydə alınıb.

Maqnitudası 2,6, dərinliyi 10 km olan zəlzələ Şamaxı və Pirqulu ərazilərində 3 bala qədər hiss olunub.

Qeyd edək ki, bundan əvvəl Şamaxı rayonunda 3 bal gücündə zəlzələ baş verib.


Rubrika.Az
Geri qayıt