Əsas Səhifə > Hadisə > Madrid merinin evi qarət olundu

Madrid merinin evi qarət olundu


16-03-2019, 10:30
Madrid merinin evi qarət olundu

Madrid şəhərinin meri Manuela Karmenanın evini qarət ediblər.

Rubrika.az-ın Trend-ə istinadla məlumatına görə, hadisə San-Rafael qəsəbəsində baş verib. İki nəfər (kişi və qadın) Gudilyos və San-Rafael qəsəbələrində bir neçə evi qarət ediblər və onların arasında paytaxt merinin evi olub.

75-yaşlı Karmenaya cüzi ziyan dəyib, oğranan əşyaların bir çoxu polis tərəfindən tapılıb. Cinayətkarlar saxlanılıb.

Rubrika.az
Geri qayıt