Əsas Səhifə > Hadisə > Bül-bül prospektində qəribə yol nişanı - Sürücülər çaş-baş qaldı

Bül-bül prospektində qəribə yol nişanı - Sürücülər çaş-baş qaldı


18-03-2019, 18:26
Bül-bül prospektində qəribə yol nişanı - Sürücülər çaş-baş qaldı

Paytaxtın Bül-bül prospektində yol nişanı sürücüləri çaş-baş salıb.

3 gündür həmin ərazidən istifadə edən sürücülər yol nişanının düzəldilmədiyini qeyd edir.

Nəqliyyat eksperti Hüseyn Abdullayev Oxu.Az-a açıqlamasında aidiyyəti orqanların bu hallara ciddi nəzarət etməli olduğunu bildirib:

“Əslində, burada sürücüləri çaşdıracaq elə ciddi məqam yoxdur. Lakin bütün hallarda yol nişanları bu vəziyyətdə olmamalıdır.

Böyük ehtimalla nişanın bir hissəsi bərkidildiyi yerdən qopub, aşağı düşüb. Lakin bu, həm piyadalar, həm də sürücülər üçün təhlükəlidir.

Güclü külək onu qopararaq nəqliyyat vasitələrinin, insanların üzərinə ata bilər. Bu isə çox ciddi problemlərə yol aça bilər. Yaxşı olardı ki, bu hal tezliklə aradan qaldırılsın”.

Fotoda gördüyünüz yol nişanlarının ayrı-ayrılıqda mənası:

Dayanma-durma qadağandır
Bül-bül prospektində qəribə yol nişanı - Sürücülər çaş-baş qaldı
Baş yol nişanı

Bül-bül prospektində qəribə yol nişanı - Sürücülər çaş-baş qaldı

Rubrika.Az

Geri qayıt