Əsas Səhifə > Hadisə > Iran prezidenti sanksiya siyasətinə görə ABŞ-ı məhkəməyə verməyi təklif edib

Iran prezidenti sanksiya siyasətinə görə ABŞ-ı məhkəməyə verməyi təklif edib


18-03-2019, 19:24
Iran prezidenti sanksiya siyasətinə görə ABŞ-ı məhkəməyə verməyi təklif edib

İran prezidenti Həsən Ruhani bu gün ABŞ-ı rəsmi Tehrana qarşı tətbiq etdiyi sanksiya siyasətindən dolayı məhkəməyə verəcəklərini bildirib.

İSNA agenltiyinin verdiyi məlumata əsasən, Həsən Ruhani Vaşinqtonun sanksiya rejiminin ölkədə inflyasiyaya səbəb olduğu, lakin dövlət olaraq bunun öhdəsindən gəldiklərini vurğulayıb.

“ABŞ doğru yolla getmir və biz buna qarşı mübarizə aparmalıyıq. İran ədalət sistemini təmsil edən məhkəmələr ABŞ, onun rəsmiləri və bu sanksiyaların müəlliflərini bəşəriyət əleyhinə cinayət törətmək ittihamı ilə beynəlxalq instansiyalarda iddia qaldırmalıdırlar”,-deyə İran prezidenti söyləyib.

İslam Respublikaısnın dövlət başçısı Amerikanın onların dizin yerə gətirə bilməyəcəyini sözlərinə əlavə edib.

“Düşmən (ABŞ və onun müttəfiqləri) bizi çökdürməyə, müqavimətimizi qırmağa və İran xalqına qarşı sui-qəsdlər təşkil etməyə çalışdı. Lakin bu planların hamısı iflasa uğrayıb. Bununla belə, ABŞ-ın hərəkətləri ölkə üçün problemlər də yaradıb”,-deyə H.Ruhaninin çıxışında bildirilib.

Xatırladaq ki, İran prezidenti bu il mart ayının 6-dakı çıxışında ABŞ-ın ölkəni 40 il əvvəlki monarxiya rejiminə geri qaytarmaq istədiyini söyləmişdi.

Rubrika.Az
Geri qayıt