Əsas Səhifə > Hadisə > Bakıda metro istifadəçilərinə ŞAD XƏBƏR
Bakıda metro istifadəçilərinə ŞAD XƏBƏR19-03-2019, 10:45 |
![]() Bakı metrolarında havalandırma sistemini yaxşılaşdırmaq üçün yeni ventilyatorlar gətirilib. Bunu “Ölkə.Az”a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, Bakı metroplitenində havalandırma sisteminin daha da yaxşılaşdırılması məqsədi ilə, metropolitenə hazırda iki ədəd ventilyaytor alınaraq gətirilib, daha 5 ədəd ventilyator yaxın aylarda gətiriləcək. “Bu ventilyatorların mövcud ventilyatorlardan fərqi daha güclü olmasıdır. Bu ventilyatorlar quraşdırıldıqdan sonra metronun havalandırılmasında yaxşılığa doğru ciddi dəyişikliklər olacaq”,- deyə, B. Məmmədov bildirib. Ventilyatorların nə zaman quraşdıırlacağına gəldikdə B.Məmmədov bildirib ki, 7 ventilyator eyni zamandan dəyişdiriləcək. “Çünki hazırda 7 ventilyatorun əsaslı təmirinə ehtiyac var və onlar eyni zamanda quraşdırılacaq. Bu da metroda havalandırmaya əsaslı şəkildə təsir edəcək”,- B.Məmmədov vurğulayıb. O, bildirib ki, bu proses davam edəcək və metroların havalandırma sisteminin yaxılaşdıırlması istiqamətində il boyunca işlər davam edəcək: “Havalar qızanadək bu istiqamətdə ciddi adımlar atılacaq”. Rubrika.Az Geri qayıt |