Əsas Səhifə > Hadisə > İran Türkiyəni tək qoydu
İran Türkiyəni tək qoydu19-03-2019, 21:36 |
![]() İran Silahlı Qüvvələri Türkiyənin PKK-ya qarşı başlatdığı əməliyyatda iştirak etməyib. Bu məlumatı “Mehr” agentliyi İran Silahlı Qüvvələrinin Baş Qərargahındakı mənbəsinə istinadən yayıb. “Bazar ertəsi səhər Türkiyə PKK-ya qarşı hərbi əməliyyata başlayıb. Burada İran ordusu iştirak etməyib”, – deyə agentliyin mənbəsi bildirib. Nəşr xatırladır ki, bundan öncə Türkiyənin daxili işlər naziri Süleyman Soylu Türkiyə və İranın PKK-ya qarşı birgə antiterror əməliyyatları keçirəcəyini açıqlamışdı. İran daxili işlər nazirinin müavini Hüseyn Zülfüqari isə Soylunun bu sözlərini təsdiqləmişdi. Rubrika.Az Geri qayıt |