Əsas Səhifə > Hadisə > Məşhur müğənnini öldürmək istəyən azərbaycanlı kimdir?
Məşhur müğənnini öldürmək istəyən azərbaycanlı kimdir?19-03-2019, 22:52 |
![]() Bu günlərdə Rusiya mətbuatında məşhur müğənni Filipp Kirkorovun 2017-ci ildə Mahaçqalada keçirilmiş konsertində terror aktı hazırlayan 4 nəfərlə bağlı məlumatlar yayılıb. Rubrika.Az Publika.az-a istinaden xəbər verir ki, terror aktı planlaşdıran şəxslərdən biri Azərbaycan vətəndaşıdır. Belə ki, araşdırmalar zamanı məlum olub ki, terrorçu qrupun tərkibində yer alan Samir İbrahimov Azərbaycan vətəndaşıdır və ölkəmizin hüquq-mühafizə orqanları vasitəsi ilə beynəlxalq axtarışa verilib. Radikal dini təriqətlərdən birinə mənsub olan Samir xarici ölkə ərazisində qeyri-qanuni silahlı dəstələrə qoşulduğu üçün onun barəsində cinayət işi açılıb və axtarışa verilib. Daha sonra isə o, Dağıstan ərazisində tutulub. Məlumata görə, Samir İbrahimovla birgə İŞİD terror təşkilatının üzvləri: Xıdırnəbi Kazuyev, Həbibulla Xalduzov və Şamil Maqomedov da tutulub. Xıdırnəbi Kazuyev istintaqa ifadəsində bildirib ki, onların məqsədi tamaşaçıları deyil, məhz Kirkorovu öldürmək olub: "Əslində Kirkorovu öldürmək istəyirdik, lakin qərarımızdan vaz keçdik, daha çox insanın həlak ola biləcəyindən ehtiyatlandıq". Rubrika.Az Geri qayıt |