Əsas Səhifə > Hadisə > ŞƏT-in baş katibi: Azərbaycan İlham Əliyevin müdrik rəhbərliyi ilə böyük nəticələr əldə edir
ŞƏT-in baş katibi: Azərbaycan İlham Əliyevin müdrik rəhbərliyi ilə böyük nəticələr əldə edir25-03-2019, 08:50 |
![]() Azərbaycan Prezident İlham Əliyevin müdrik rəhbərliyi və xalqın zəhmətkeşliyi, əzmkarlığı ilə qısa dövrdə sosial-iqtisadi sahələrdə böyük nəticələr əldə edib. Bunu AzərTAc-a qısa müsahibəsində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Vladimir Norov deyib. Baş katib Novruz bayramı münasibətilə təbriklərini çatdıraraq, Azərbaycanın uğurlarının davamını arzuladığını bildirib. Özbəkistan diplomatı Vladimir Norov deyib: "Mən ən yaxın və əziz dostlarımız olan Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edirəm. Bu bayram bizə sevinc, xoşbəxtlik, sülh və əmin-amanlıq gətirir. Min illərdir qeyd etdiyimiz bu bayramda bizim ümumi köklərimiz, ənənələrimiz birləşir. Novruz bayramı münasibətilə Azərbaycan xalqına xoşbəxtlik, rifah, əmin-amanlıq və tərəqqi arzu edirəm”. Rubrika.Az Geri qayıt |