Əsas Səhifə > Hadisə > Fəhlənin ölümünə səbəb olan avtobus sürücüsünün işi - sürücülük vəsiqəsi olmayıb

Fəhlənin ölümünə səbəb olan avtobus sürücüsünün işi - sürücülük vəsiqəsi olmayıb


25-03-2019, 22:18
Fəhlənin ölümünə səbəb olan avtobus sürücüsünün işi - sürücülük vəsiqəsi olmayıb

Daha bir avtobus sürücüsü hakim qarşısına çıxarılıb. O da ölümlə nəticələnən qəza törətməkdə ittiham edilir.

Rubrika.Az Musavat.com-a istinaden xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən qəza törətməkdə ittiham edilən 1985-ci il təvəllüdlü Şaməddin Cəfərovun cinayət işi üzrə məhkəmə iclası baş tutub.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Xatırladaq ki, qəza Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib.

Bakı şəhər sakini Şaməddin Cəfərovun idarə etdiyi 208 saylı avtobus paytaxt sakini Vüqar Eyyubovun idarə etdiyi məişət tullantıları daşıyan yük avtomobili ilə toqquşub.

Nəticədə yük avtomobilinin sol tərəfində yan güzgüdən tutaraq dayanan fəhlə Eldar Bayramov iki nəqliyyat vasitəsinin arasında qalaraq hadisə yerində dünyasını dəyişıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerindən qaçan avtobus sürücüsü saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Araşdırma zamanı onun nəinki sərnişin avtobusu idarə etmək üçün müvafiq kateqoriyasının, ümumiyyətlə sürücülük vəqisəsinin belə olmadığı məlum olub.

Bu səbəbdən müvafiq sənədləri olmayan sürücüyə sərnişin avtobusunu idarə etmək üçün icazə verən "Magna trans" MMC şirkətinin avtodəstə rəhbəri Kamil Məmmədov da məsuliyyətə cəlb edilib.

Onun barəsində ümumi istifadədə olan nəqliyyat vasitəsinin istismara verilməsi qaydalarının pozulması, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda maddəsi ilə cinayət işi başlanılıb.


Rubrika.Az
Geri qayıt