Əsas Səhifə > Hadisə > Ata ilə 5 yaşlı oğlunu maşın vurdu

Ata ilə 5 yaşlı oğlunu maşın vurdu


26-03-2019, 09:18
Ata ilə 5 yaşlı oğlunu maşın vurdu

Gəncədə ata və azyaşlı oğlunu avtomobil vurub.

Rubrika.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində olan marketlərin birinin qarşısında baş verib. Yolu keçmək istəyən 1985-ci il təvəllüdlü İsgəndərov Ceyhun Tahir oğlu və onun oğlu 5 yaşlı Tunarı avtomobil vurub. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Rubrika.Az
Geri qayıt