Əsas Səhifə > Müsahibə > İlham Əliyevin əfv sərəncamı həbsdəki MTN generallarını ruhlandırıb - PREZİDENTƏ MÜRACİƏT

İlham Əliyevin əfv sərəncamı həbsdəki MTN generallarını ruhlandırıb - PREZİDENTƏ MÜRACİƏT


26-03-2019, 15:07
İlham Əliyevin əfv sərəncamı həbsdəki MTN generallarını ruhlandırıb - PREZİDENTƏ MÜRACİƏT

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan generalları Prezident İlham Əliyevə müraciət edib.

Bu barədə Gununsesi.org-u məlumatlandıran mənbənin sözlərinə görə, Prezidentə ünvanlanan müraciəti MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarov, Transmilli Mütəşəkkili Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi Sübahir Qurbanov, Monitorinq mərkəzinin sabiq rəisi Teymur Quliyev, Anti-Terror Mərkəzinin sabiq rəisi Elçin Quliyev və digər məhkum olunmuş zabitlər imzalayıb.

MTN-nin sabiq vəzifəliləri sonuncu əfv sərəncamında müxalif fəalların azadlığa buraxıldığını xatırladaraq, uzun illərə hakimiyyətə xidmətlərinin nəzərə alınmasını və bağışlanmalarını İlham Əliyevdən xahiş ediblər.

Onlar öz müraciətlərində MTN-də çalışdıqları müddət ərzində xidmətlərini, həmçinin keçirdikləri əməliyyat tədbirlərini, aldıqları mükafatların nəzərə alınaraq, əfv edilmələrini xahiş ediblər.

Rubrika.Az
Geri qayıt