Əsas Səhifə > İdman > Avropa çempionatında 3 şahmatçımız məğlub olub

Avropa çempionatında 3 şahmatçımız məğlub olub


26-03-2019, 15:53
Avropa çempionatında 3 şahmatçımız məğlub olub

Makedoniyanın paytaxtı Skopyedə şahmat üzrə şəxsi Avropa çempionatında növbəti turun matçları başa çatıb. ONA-nın məlumatına görə, yeddinci oyun günündə Azərbaycan millisinin üzvləri inamsız çıxışları ilə yadda qalıblar.

Belə ki, 7 təmsilçimizdən yalnız biri qələbə qazanıb. 3 şahmatçımız heç-heçə oynadığı halda, 3 həmyerlimiz uduzub.

Avropa çempionatı
VII tur

Rauf Məmmədov (2701) – Sergey Azarov (Belarus, 2585) – 0:1
Sebastyan Maze (Fransa, 2578) – Eltac Səfərli (2662) – 0,5:0,5
Dimo Terziyev (Bolqarıstan, 2041) – Kənan Qarayev (2368) – 0:1
Pavle Dimiç (Serbiya, 2351) – Məhəmməd Muradlı (2444) – 1:0
Edoardo di Beneditto (İtaliya, 2394) – Ülvi Sadıqov (2488) – 0,5:0,5
Bernat Seralos (İspaniya, 2363) – Cahandar Azadəliyev (1863) – 1:0
Abdulla Qədimbəyli (2404) – Yekaterina Smirnova (Rusiya, 2178) – 0,5:0,5

Turnir cədvəli: 1. Maksim Rotşteyn (İsrail), 2. Kasper Piorun (Polşa), 3. Nils Qrandelius (İsveç) – hamısı 6 xal, …86. Eltac Səfərli – 4,5, …114. Rauf Məmmədov – 4, …209. Kənan Qarayev, ….213. Ülvi Sadıqov – hər ikisi 3,5, …273. Məhəmməd Muradlı, …288. Abdulla Qədimbəyli, …294. Cahandar Azadəliyev – hər ikisi 2,5.

Qeyd edək ki, 11 turdan ibarət olan yarış martın 29-da başa çatacaq.
Geri qayıt