Əsas Səhifə > Hadisə > Moskvada FTX generalının meyiti tapıldı
Moskvada FTX generalının meyiti tapıldı26-03-2019, 16:40 |
![]() Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) ehtiyatda olan general-mayoru Moskvadakı evində ölü tapılıb. Bu barədə TASS agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib. Mənbənin sözlərinə görə, general Rusiya paytaxtının şərqindəki evində yaşayıb. Orada FTX-nin onun adına olan pensiya kartı tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. General-mayorun evində “Glock” və “Brauninq” markalı tapançalar, travmatik tapança, ov tüfəngi və 150 patron da aşkarlanıb. Hazırda hüquq-mühafizə orqanları generalın nədən öldüyünü dəqiqləşdirirlər. Rubrika.Az Geri qayıt |