Əsas Səhifə > Hadisə > Qanunu pozan suriyalılar Türkiyədən çıxarılacaq
Qanunu pozan suriyalılar Türkiyədən çıxarılacaq26-03-2019, 23:22 |
![]() “Suriyalı qaçqınlara Türkiyədə qüvvədə olan qanunlar çərçivəsindən kənara çıxmağa icazə verilməyəcək”. Rubrika.az Modern.az-a istinaden xəbər verir ki, bunu Türkiyənin sabiq baş naziri, İstanbul bələdiyyə sədrliyinə namizəd Binali Yıldırım deyib. Binali Yıldırım bildirib ki, qanunu pozmağa çalışan hər bir suriyalı qaçqın Türkiyədən deportasiya olunacaq. B.Yıldırım əlavə edib ki, İstanbulda 700 min suriyalı qaçqın yaşayır və Suriyada münaqişə başa çatan kimi onlar İstanbulu tərk edəcək. Qeyd edək ki, statistik məlumatlara əsasən Türkiyədə 3,6 milyon suriyalı qaçqın məskunlaşıb. Rubrika.az Geri qayıt |