Əsas Səhifə > Hadisə > “Diqlas” Ticarət Mərkəzində yenidən tüstülənmə başlayıb
“Diqlas” Ticarət Mərkəzində yenidən tüstülənmə başlayıb27-03-2019, 10:50 |
![]() Bakının Nizami rayonu, Qara Qarayev prospekti, 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində yenidən tüstülənmə başlayıb. “Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tüstülənmənin qarşısını almağa çalışır. “Tüstülənmə səhərə yaxın başladı və hələ də davam edir”, – deyə, yanğınsöndürənlərdən biri bildirib. Ərazidə FHN-in 3 yanğınsöndürən maşını var. Rubrika.az Geri qayıt |