Əsas Səhifə > İdman > AFFA Xorvatiyaya uduzan millimizə pul mükafatı verdi
AFFA Xorvatiyaya uduzan millimizə pul mükafatı verdi27-03-2019, 15:39 |
|
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası milli komandanın son iki oyununa görə futbolçuları mükafatlandırıb. Rubrika.Az qol.az-a istinadən xəbər verir ki, AFFA "Avro-2020"nin seçmə mərhələsinin Xorvatiya ilə rəsmi matçına və Litva ilə yoxlama görüşünə görə hər oyunçuya 5000 min manat pul mükafatı verib (2 min Xorvatiya, 3 min isə Litva ilə oyun üçün). Xatırladaq ki, milli komandamız Xorvatiyaya 1:2 hesabı ilə uduzub, Litva ilə matçda isə heç-heçə edib. Qeyd edək ki, adətən, dünya təcrübəsində rəsmi oyunlardakı məğlubiyyət və zəif rəqiblərlə yoxlama matçlarındakı heç-heçəyə görə pul mükafatı verilmir. Rubrika.az Geri qayıt |