Əsas Səhifə > Hadisə > Bakıda şagirdlər siqaret çəkdiyi üçün stajoru döydülər - YENİLƏNİB

Bakıda şagirdlər siqaret çəkdiyi üçün stajoru döydülər - YENİLƏNİB


27-03-2019, 18:50
Bakıda şagirdlər siqaret çəkdiyi üçün stajoru döydülər - YENİLƏNİB

Martın 27-də Bakıda 138 nömrəli məktəbdə pedaqoji təcrübə keçən Azərbaycan Dillər Universitetinin tələbəsinin döyülməsinin bəzi təfərrüatı məlum olub.

Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər üzrə Təhsil İdarəsindən bildirilib ki, 11-ci sinif şagirdi stajordan məktəbdə siqaret çəkməməsini xahiş edib.

Dərsdən sonra pedaqoji təcrübə keçən tələbə şagirdi məktəbdən kənara çağırıb və onlar arasında mübahisə baş verib.

Məktəb rəhbərliyinə məlumat hüquq-mühafizə orqanından verilib.

17:33

Bakıda məktəbdə şagirdlər xanım müəllimi döyüblər.

Oxu.Az-ın məlumatına görə, hadisə bu gün 138 saylı tam orta məktəbdə baş verib.

Bir neçə şagird birləşərək ingilis dili müəllimini döyüblər.

Səhiyyə Nazirliyindən Oxu.Az-a bildirilib ki, hadisə bu gün baş verib:

“Müəllim xəsarət alıb. Nəticədə məktəbə təcilli tibbi yardım çağırılıb. Xanımın həyatı üçün təhlükə yoxdur. Hazırda faktla bağlı araşdırma aparılır”.


Rubrika.Az
Geri qayıt