Əsas Səhifə > Hadisə > İranda sel və daşqınlar nəticəsində ölənlərin sayı 35-ə çatıb
İranda sel və daşqınlar nəticəsində ölənlərin sayı 35-ə çatıb27-03-2019, 20:41 |
![]() İranın müxtəlif bölgələrində sel və daşqınlar nəticəsində ölənlərin sayı 35-ə çatıb. ONA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Tibbi Ekspertiza Təşkilatının fövqəladə hallar üzrə direktor əvəzi Mehrdad Əli Bəxşi bildirib. M.Ə.Bəxşi sel və daşqınları iki hissəyə bölüb: “Selin birinci dalğasında, yəni güclü yağıntıların ilk günlərində Mazandaran, Gülüstan və Şimali Xorasan vilayətlərində 9 nəfər dünyasını dəyişib. İkinci dalğasında isə Fars vilayətinin Şiraz şəhərində 18 nəfər, Xuzistan vilayətində 1 nəfər, Kohgiluyə və Buyir-Əhməd vilayətində 1 nəfər, Gülüstan vilayətində 3 nəfər, Lorestan vilayətində 2 nəfər və Simnan vilayətində 1 nəfər həlak olub”. Rubrika.Az Geri qayıt |