Əsas Səhifə > Hadisə > Sumqayıtda poladəritmə sexində partlayış: 1 ölü, 3 yaralı
Sumqayıtda poladəritmə sexində partlayış: 1 ölü, 3 yaralı27-03-2019, 22:27 |
|
Sumqayıtda polad əritmə sexində partlayış baş verib. Rubrika.Az “Report”a istinadən xəbər verir ki, hadisə İnşaatçılar qəsəbəsində, keçmiş TES 1-in ərazisində fəaliyyət göstərən poladəritmə sexində qeydə alınıb. Belə ki, partlayış zamanı həmin sexdə çalışan 4 nəfər, 1967-ci il təvəllüdlü Mehrəliyev Əlibaba Kamil oğlu, 1992-ci il təvəllüdlü Qaraçayev Ceyhun Nazim oğlu, 1974-cü il təvəllüdlü Cəlilov Vüqar Məzahir oğlu və 1960-cı il təvəllüdlü Seyidəliyev Minyaz Şükür oğlu ağır yanıq xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. Daha sonra yaralılar Bakı şəhərinə aparılıb. Onlardan biri 1960-cı il təvəllüdlü Seyidəliyev Minyaz Şükür oğlu aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Rubrika.Az Geri qayıt |