Əsas Səhifə > Hadisə > Baş nazir istefa verəcəyi vaxtı açıqladı

Baş nazir istefa verəcəyi vaxtı açıqladı


29-03-2019, 12:30
Baş nazir istefa verəcəyi vaxtı açıqladı

Böyük Britaniyanın baş naziri Tereza Mey “Brexit” sazişi qüvvəyə mindikdən sonra istefa verəcəyini açıqlayıb.

Rubrika.Az "TASS"a istinadən xəbər verir ki, Tereza Mey Mühafizəkar Partiyanın üzvlərini birləşdirən 1922-ci Komitənin iclasında bildirib: "Bizim ölkəmizin və partiyamızın düzgün hesab etdiyini həyata keçirmək üçün mən baş nazir vəzifəsini planlaşdırdığımdan öncə tərk etməyə hazıram".

Qeyd edək ki, “Brexit” üzrə referendum 2016-cı ilin iyununda keçirilib və əhalinin 51,9 faizi Böyük Britaniyanın Aİ-dan çıxmasının lehinə səs verib


Rubrika.Az
Geri qayıt