Əsas Səhifə > Hadisə > Bakıda kafedə dava: 1 nəfər ürəyindən bıçaqlandı

Bakıda kafedə dava: 1 nəfər ürəyindən bıçaqlandı


29-03-2019, 10:50
Bakıda kafedə dava: 1 nəfər ürəyindən bıçaqlandı

Bakıda kafedə bıçaqlanma hadisəsi baş verib.

Rubrika.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti 108/118 ünvanında yerləşən "Papa Cinema lounge" kafedə baş verib.

Paytaxtın Səbail rayonu, Bülbül prospekti ev 2, mənzil 80/82-də yaşayan Qasımov Əliyar Ərəstun oğlu həmin kafedə naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı döş qəfəsi və kürək nayihəsinin kəsilmiş-deşilmiş yarası ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə baxış keçirib, yaralının vəziyyəti ağır olduğundan dinidirilməsi mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Rubrika.Az
Geri qayıt