Əsas Səhifə > Hadisə > Meyiti tapılan azərbaycanlı tələbə ilə bağlı ŞOK FAKTLAR - "ONU ÖLDÜRÜBLƏR"

Meyiti tapılan azərbaycanlı tələbə ilə bağlı ŞOK FAKTLAR - "ONU ÖLDÜRÜBLƏR"


29-03-2019, 16:09
Meyiti tapılan azərbaycanlı tələbə ilə bağlı ŞOK FAKTLAR - "ONU ÖLDÜRÜBLƏR"

Gürcüstanda azərbaycanlı tələbənin ölümü ilə bağlı dəhşətli faktlar üzə çıxıb.

Rubrika.Az Publika.az-a istinadla xəbər verir ki, Tbilisi şəhərində kirayə yaşadığı mənzildə meyiti tapılan Balakən rayon İtitala kənd sakini, 1998-ci il təvəllüdlü Qurqunayev İmeda Şamil oğlunun yaxınları bildiriblər ki, o intihar etməyib: "İmedanının intihar etməsi düzgün məlumat deyil, onu öldürüblər. İmedanın başında xəsarətlər və sınıq var idi. Özü də oxuyan, həm də təhsil ala-ala işləyib pul qazanan oğlan idi. Niyə intihar etsin ki, böyük ehtimalla İmedanı qətlə yetirəndən sonra asıblar, meyiti 1 gün ərzində binanın 3-cü mərtəbəsində kirayə tutduğu evdə qalıb”.

Bildirilir ki, Tbilisidə ali məktəbin 4-cü kursunda oxuyan İmeda Qurqunayev restoranlardan birində ofisiant kimi çalışırmış. E.Qarqunayevin cənazəsi doğulduğu kəndə gətirilib və dünən dəfn edilib.

Rubrika.Az
Geri qayıt