Əsas Səhifə > İdman > Niger millisinin FİFA reytinqində irəliləməsi Azərbaycanı geri salacaq
Niger millisinin FİFA reytinqində irəliləməsi Azərbaycanı geri salacaq30-03-2019, 15:52 |
![]() Aprelin 4-də dərc olunacaq FİFA-nın milli komandalar üçün reytinq siyahısı ilə bağlı ehtimallar cədvəli açıqlanıb. Rubrika.Az-ın ONA-a istinadən məlumatına görə, yığmaların əmsalları və mövqelərini “football-rankings.info” saytı hesablayıb. Hesablamalara əsasən, Azərbaycan millisinin də mövqeyi dəyişəcək. Son siyahıda 1206 xalla dünyanın 108-cisi olan yığmamızı geriləmə gözləyir. Buna hesabat dövründə baş tutan iki matçın nəticəsi təsir edib. AVRO-2020-nin seçmə oyununda Xorvatiyaya 1:2 hesabı ilə uduzan, Litva ilə yoxlama görüşündə qələbə qazana bilməyən (0:0) Nikola Yurçeviçin yetirmələri 5 xal itirib. Əmsalı 1201-ə enən komandamız 109-cu pilləyə düşüb. Bir pilləlik geriləməyə Nigerin irəliləyişi səbəb olub. Afrika təmsilçisi 5 pilləlik sıçrayışla 104-cü yerə yüksəlib. Qeyd edək ki, açıqlanan təxmini cədvəlin ilk pillələrində Belçika (1737), Fransa (1733) və Braziliya yığmaları (1675) qərarlaşıblar. Rubrika.Az Geri qayıt |