Əsas Səhifə > İdman > Azərbaycanın 3 şahmatçısı FİDE-nin ən güclüləri siyahısını tərk edib
Azərbaycanın 3 şahmatçısı FİDE-nin ən güclüləri siyahısını tərk edib1-04-2019, 10:56 |
![]() FİDE aprel ayı üçün reytinq cədvəlini açıqlayıb. Rubrika.Az-ın ONA-ya istiandən məlumatına görə, kişilər arasında “Top-100”də Azərbaycan millisinin 4 şahmatçısı yer alıb. Təmsilçilərimizdən ən yaxşı nəticə yenə Şəhriyar Məmmədyarova məxsusdur. O, bu dəfə də 5-ci pillədə qərarlaşıb və 2793 reytinq xalına malikdir. Ş. Məmmədyarovdan fərqli, Teymur Rəcəbov (2756) bir rəqibini qabaqlayaraq, 12-ci yerə yüksəlib. Digər şahmatçılarımıza gəlincə, Arkadi Naydiç (2695) geriləyib. Milliləşdirilmiş legionerimiz 7 pillə aşağı düşüb. O, hazırda 35-cidir. Rauf Məmmədovla Eltac Səfərlinin tərk etdiyi “yüzlük”də Qədir Hüseynov (2654) 97-ci pilləyə enib. Reytinq siyahısına yenə Maqnus Karlsen (Norveç, 2845) başçılıq edir. İkinci yerdə Fabiano Karuana (ABŞ, 2819), üçüncü pillədə Liren Dinq (Çin, 2809) qərarlaşıb. Qadın şahmatçıların ən güclü “100-lüy”ündə isə bu dəfə cəmi 1 həmyerlimiz var. 1 pillə geriləyən Günay Məmmədzadə 40-cı pilləyə enib. O, 2438 xala malikdir. Xanım Balacayeva isə “Top-100”ü tərk edib. Qadın idmançıların siyahısında yenə Yifan Hou (Çin, 2662) liderdir. Rubrika.Az Geri qayıt |