Əsas Səhifə > Hadisə > Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satan şəxslər cərimələnib
Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satan şəxslər cərimələnib4-04-2019, 10:50 |
![]() Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir. Bu barədə DİN-dən verilən məlumatda deyilir. Aprelin 3-də DİN-in Baş İctimai Təhlükəsizlik və Xəzər Rayon Polis İdarələri əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində Mərdəkan və Binə qəsəbələrində 2 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilmişdir. Həmin satıcı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokol tərtib olunmuşdur. Bu istiqamətdə reydlər davam etdirilir. Rubrika.Az Geri qayıt |