Əsas Səhifə > Mədəniyyət > Anar Bağırov Məhkəmə-Hüquq Şurasının üzvü təyin olunub

Anar Bağırov Məhkəmə-Hüquq Şurasının üzvü təyin olunub


4-04-2019, 11:00
Anar Bağırov Məhkəmə-Hüquq Şurasının üzvü təyin olunub

Azərbaycan Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov Məhkəmə-Hüquq Şurasının üzvü təyin olunub.

Rubrika.Az-in "Report"a istinadla məlumatına görə, bu barədə qərar VK-nın Rəyasət Heyətinin aprelin 1-də keçirilən iclasında qəbul olunub. Belə ki, Rəyasət Heyəti, Kollegiyanın sədri A.Bağırovun Məhkəmə-Hüquq Şurasının üzvü təyin olunması barədə qərar qəbul edib. Həmin qərar aprelin 2-də Məhkəmə-Hüquq Şurasına göndərilib.

A.Bağırov bu vəzifədə Mərkəzi Seçki Komissiyasının üzvü, Vəkillər Kollegiyasının üzvü Ramiz İbrahimovu əvəz edəcək. R.İbrahimov Məhkəmə-Hüquq Şurasından öz ərizəsi ilə ayrılıb.

Qeyd edək ki, "Məhkəmə-Hüquq Şurası haqqında" qanuna əsasən, hər orqan Şuraya öz üzvünü təyin edir.

Rubrika.Az
Geri qayıt