Əsas Səhifə > Müsahibə > "Aslan İsmayılov həyasızlıq edir" - İş adamından kəskin status
"Aslan İsmayılov həyasızlıq edir" - İş adamından kəskin status4-04-2019, 11:13 |
![]() "Bu zamana qədər məğlubiyyətini ört-basdır etmək üçün saman çöpündən yapışan çox adam görmüşəm, amma Aslan İsmayılov qədər həqiqətin üzünə pərdə çəkənə rast gəlməmişəm. Üstləlik, bunu o qədər gülünc formada eləyir ki, uğunmamaq, eyni zamanda, həyasızlığın kulminasiyasına “valeh” olmaya bilmirsən". Rubrika.Az AzNews.az-a istinadla xəbər verir ki, bunu iş adamı, “Xəmsə” MMC-nin sahibi Mürvət Həsənli "Facebook"-da yazdığı statusunda deyib. Qeyd edib ki, bugünkü çəkişmədə məhkəmə onun iddiasını təmin etməyib, verdiyi vəsatətlər havada qalıb: "Götürüb FB-də status yazır ki, qələbə qazanmışam - dövlət mənə vəkil ayırır. Adam xalis spekulyasiya ustasıdır. Hakimə deyir ki, yaşım 62-di, daha belə çoxtərəfli prosesdə özümü müdafiə eləməyə gücüm çatmır, dövlət mənə vəkil ayırsın. Bunu istəmək üçün Aslan statusda olan adamda üz lazımdır. Məhkəməyə 100 minlik maşınla gəlir, villada yaşayır, evlər, bağlar, üstəlik şəhərin ən bahalı torpağında bağ salır, deyir dövlət mənə vəkil ayırsın... Qənimət bilirsən? Həya və qürür çatışmazlığını problem bilməyənə “zaval” yoxdur. Dahi vəkil və tornaçı İsmayılov Aslan məhkəmədə Azərbaycan Konstitusiyasının 45-ci maddəsinin II hissəsinin arxasında gizlənərək “mən erməni dilini bilirəm, Azərbaycan dilində sərbəst danışa bilmirəm, mənə bir tərcüməçi təmin edilsin” desə, təəccüblənəcək bir şey olmaz. Zatən, V. Dal deyib: “Kim nə dilində fikirləşirsə, milli kökü də oradadır". Rubrika.Az Geri qayıt |