Əsas Səhifə > Hadisə > Paşinyanın arvadı Vaşinqtondan azərbaycanlı qadınlara sülh çağırışı etdi - BƏS ÖZ ƏRİNƏ NİYƏ ETMİR?

Paşinyanın arvadı Vaşinqtondan azərbaycanlı qadınlara sülh çağırışı etdi - BƏS ÖZ ƏRİNƏ NİYƏ ETMİR?


4-04-2019, 13:34
Paşinyanın arvadı Vaşinqtondan azərbaycanlı qadınlara sülh çağırışı etdi - BƏS ÖZ ƏRİNƏ NİYƏ ETMİR?

Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı, “Mənim addımın” və “Təbəssmlər şəhəri” xeyriyyə fondlarının hamilər şurasının direktoru Anna Akopyan Vaşinqtona səfər zamanı ABŞ Konqresində “Qadınlar sülh naminə” kampaniyasını təqdim edib.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Akopyan azərbaycanlı anaları və qadınları da bu kampaniyaya qoşulmağa çağırıb.

“Qadınlar sülh naminə” kampaniyasını Anna Akopyan ötən il, ərinin hakimiyyətə gəlişindən sonra başladıb və ilk dəfə Moskvada təqdim edib. Daha sonra o, bir qrup rusiyalı qadını-ictimai xadimləri kampaniya çərçivəsində özü ilə birlikdə Azərbaycanın işğal altındakı ərazilərinə, qoşunların təmas xəttinə gətirib.

“Mən “Qadınlar sülh naminə” kampaniyasını irəli sürmüşəm-məqsəd Dağlıq Qarabağ münaqişəsinin bütün tərəflərindən olan qadınların müharibəni rədd etməsi və bütün münaqişə tərəflərində insanların həyatlarını qoruyub saxlamaq üçün səyləri gücləndirməsidir. Bizim yekun hədəfimiz Dağlıq Qarabağda və dünyanın digər qaynaq nöqtələrində sülhə nail olmaq üçün ümumdünya qadınlar şəbəkəsi yaratmaqdır”-Anna Akopyan Konqresdə çıxışı zamanı deyib.

O, Azərbaycan qadınlarını da bu təşəbbüsə qoşulmağa çağırıb. “Biz Azərbaycan qadınlarını və analarını da bu kampaniyaya qoşulmağa, olkələrində qərar qəbul edən şəxslərə də belə sülh çağırışı ilə müraciət etməyə çağırıram”-o deyib.

“Öz uşaqlarını itirməyin əbədi ağrısını yaşayan qadınlar və analar da olmasa kim bunu edəcək? Analardan və qadınlardan başqa kim öz səsini sülh naminə qaldıracaq? Onlarddan başqa kim qərarların qəbul edilməsinə təsir edə bilər?”-Akopyan əlavə edib.

Qeyd edək ki, Azərbaycandan Akopyanın təşəbbüsünə dəstək verən tapılmayıb. Əvəzində haqlı olaraq deyilib ki, əgər Anna Akopyan doğrudan da sülh istəyirsə öz oğlunu Azərbaycanın işğal altındakı ərazilərinə hərbi xidmətə göndərməli deyildi və birinci növbədə Qarabağ məsələsinə dair davakar, populist və sülh səylərinə zərbə vuran açıqlamalar verən, "bir qarış da olsun torpaq qaytarmamaq" barədə danışan ərinə təsir göstərməliydi.

RUBRİKA.AZ
Geri qayıt