Əsas Səhifə > Təhsil > Bakıda bağçada bədbəxt hadisə: Dolab uşağın üzərinə aşdı
Bakıda bağçada bədbəxt hadisə: Dolab uşağın üzərinə aşdı4-04-2019, 16:23 |
|
Bakının Binəqədi rayonunda yerləşən bağçalardan birində bədbəxt hadisə baş verib. Bununla bağlı görüntülər sosial şəbəkədə yayımlanıb. Məlumatlara görə, “Gənclər evi”ndə təhsil alan dörd yaşlı uşağın üzərinə paltar dolabı aşıb. Aprelin 1-də baş verən hadisə nəticəsində azyaşlının qolu sınıb və tərbiyəçi tərəfindən dərhal xəstəxanaya çatdırılıb. “Gənclər evi”ndən Oxu.Az-a verilən məlumata görə, uşağın həyati təhlükəsi yoxdur və vəziyyəti yaxşıdır. “Xəsarət alan uşaq 2015-ci il təvəllüdlü Hüseyn Talıblıdır. Günün birinci yarısında “Gənclər evi” müxtəlif dərnəklər üçün istifadəyə verilir. Dərnəklərdə müxtəlif mövzularda uşaqlara dərslər keçirilir. Hadisə də həmin vaxt baş verib”. Rubrika.az Geri qayıt |