Əsas Səhifə > Hadisə > ABŞ beş ölkəyə “F-35” qırıcısı sata bilər
ABŞ beş ölkəyə “F-35” qırıcısı sata bilər5-04-2019, 13:30 |
![]() Amerika Birləşmiş Ştatları 5-ci nəsli “F-35” qırıcı-bombardmançı təyyarələrini tədarük edəcəyi ölkələrin siyahısının genişləndirilməsi imkanlarını nəzərdən keçirir. "Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi ABŞ müdafiə Nazirliyinin nümayəndəsinin fikirlərinə istinadən məlumat yayıb. “F-35” qırıcı təyyarələrinin yaradılması proqramına rəhbərlik edən vitse-admiral Mattias Uinter isə bildirib ki, təyyarələrin gələcəkdə potensial xarici alıcıları Sinqapur, Yunanıstan, Rumıniya, İspaniya və Polşa olacaq. Qeyd edək ki, ABŞ Türkiyənin Rusiyadan S-400 raketləri alması ilə əlaqədar bu ölkəyə "F-35" təyyarələri üçün hissələrin tədarükünü dayandırıb. Türkiyə azı 100 ədəd "F-35 Lightining II" satın almaq niyyətindədir. Satınalma ABŞ-ın himayəsi ilə "F-35"lərin hazırlanması üzrə çoxmillətli proqram çərçivəsində həyata keçirilir. Rubrika.Az Geri qayıt |