Əsas Səhifə > Hadisə > Üçüncü mərtəbədən yıxılan məktəblinin analiz nəticəsi - Dərman içibmiş

Üçüncü mərtəbədən yıxılan məktəblinin analiz nəticəsi - Dərman içibmiş


5-04-2019, 15:55
Üçüncü mərtəbədən yıxılan məktəblinin analiz nəticəsi - Dərman içibmiş

Ötən gün 162 nömrəli məktəb binasının 3-cü mərtəbəsindən yıxılan səkkizinci sinif şagirdindən götürülən analizlərin nəticəsi açıqlanıb.

Səhiyyə Nazirliyindən Oxu.Az-a bildirilib ki, məktəbli allergiyaya qarşı dərman qəbul edib:

“Analizlərin nəticəsinə görə, məktəbli allergiyaya qarşı olan dərman atıb. Lakin həmin dərman preparat psixotrop tərkibli deyil. Hadisənin dərmana heç bir aidiyyəti yoxdur”.

Xatırladaq ki, xəstəxanadan məktəbliyə çanaq sümüyünün sınığı, döş qəfəsinin, ağciyərin və yumşaq toxumaların əzilməsi diaqnozu qoyulub.

Rubrika.Az
Geri qayıt