Əsas Səhifə > Hadisə > “Mavi balina” ucbatından intihar edən qızın dostları helikopterlə xilas edilib

“Mavi balina” ucbatından intihar edən qızın dostları helikopterlə xilas edilib


5-04-2019, 21:01
“Mavi balina” ucbatından intihar edən qızın dostları helikopterlə xilas edilib

Türkiyə mətbuatı iki gün öncə İzmirdə 15 yaşlı bir gənc qızın “Mavi balina” üzündən intihar etdiyi barədə məlumat yayıb.

Məlumatda bildirilir ki, intihar edən Sevda adlı qız özünü Van bölgəsinin mərkəzində yerləşən yüzlərcə metr yüksəklikdə yerləşən qayalıqlardan aşağı atıb. Onunla birlikdə gedən daha 3 yeniyetmə isə son anda intihar fikrindən daşınıb.

Yeniyetmələrdən biri, G.A adlı qızın intiharla bağlı məlumat verməsinin ardınca polis əməkdaşları təcili olaraq hərəkətə keçib və yeniyetmələr son anda helikopterlə qurtarılıb.

G.A öz ifadəsində 6 dostunun da “Mavi oyun”unun təsiri altında qaldığını bildirib.

Xatırladaq ki, artıq bir neçə ildir “Mavi balina” oyunu dünyada geniş vüsət alıb. Əsasən Qazaxıstan, Ukrayna, Rusiya və Avropanın bir çox ölkələri, Türkiyədə qorxulu bəlaya çevrilən bu oyuna qarşı kampaniyalar başladılıb.

Rusiyada təkcə 2016-cı ildə 130 yeniyetmənin məhz bu oyun üzündən intihar etdiyi məlumdur.

Rubrika.az
Geri qayıt