Əsas Səhifə > Hadisə > “Bu hərəkət Maduronun axırıncı səhvi olacaq...”
“Bu hərəkət Maduronun axırıncı səhvi olacaq...”6-04-2019, 10:21 |
![]() Əgər Venesuela rejimi müvəqqəti prezident Xuan Quaydoya qarşı onun həbsinə gətirib çıxaracaq istənilən hərəkətə yol versə bu Nikolas Maduronun axırıncı səhvi olacaq. Rubrika.Az Virtualaz.org-a istinadla xəbər verir ki, bu barədə ABŞ administrasiyasının yüksək ranqlı nümayəndəsi jurnalistlər üçün telefon brifinqində bildirib. “Lima qrupu və Birləşmiş Ştatlar aydın şəkildə bildiirb ki, Xuan Quaydonun həbsinə aparacaq istənilən hərəkət Maduro üçün dağıdıcı olacaq. Belə hərəkətlər Maduronun axırıncı səhvi olardı. Biz Venesueladakı vəziyyəti diqqətlə izləyirik”-administrasiya nümayəndəsi deyib. Anonim yüksək ranqlı nümayəndə onu da deyib ki, Venesuela ordusu konstitusion borcunu yerinə yetirib xalqı Maduronun əmri ilə səfərbər edilən terrorçu qruplardan qorumalıdır. Onun sözlərinə görə, Maduro belə hərəkətlərlə demokratik institutları məhv edir, konstitusiyanı pozur və repressiya saçır. ABŞ nümayəndəsi onu da deyib ki, Vaşinqton Venesuelaya qarşı hərbi güc tətbiqi variantını çox ciddi nəzərdən keçirir. Onun bildirdiyinə görə iqtisadi və diplomatik təzyiqlər öz əhəmiyyətini itirməyə başlayan kimi hərbi gücün tətbiqi gündəmə gələcək. “Diplomatik variantlar tükənir və bu bizi ona gətirib çıxarır ki, iqtisadi metodları, təzyiqləri gücləndirək...habelə hərbi varianta əl ataq. Prezident Trampın bəyan etdiyi kimi hərbi variant olduqca ciddi variant kimi nəzərdən keçirilir”-ABŞ rəsmisi deyib. “Aydın məsələdir ki, güc tətbiqini heç kim istəməzdi, amma şübhəsiz bu variant hadisələrin inkişafı ilə bərabər ciddi nəzərdən keçirilir”-o əlavə edib. Bundan əvvəl prezident Tramp demişdi ki, ABŞ Venesuelaya qarşı təzyiqləri ancaq güc tətbiqi hesabına artıra bilər. Çünki diplomatik və iqtisadi metodlar praktiki olaraq tükənib. Venesuelada Nikolas Maduro qeyri-legitim seçkilərdən sonra özünün ikinci müddətə prezident elan edib. Buna cavab olaraq yanvarın 23-də müxalifət lideri və parlamentin spikeri Xuan Quaydo özünü müvəqqəti prezident edərək ABŞ başda olmaqla onlarla ölkənin dəstəyini qazanıb. Lakin dinc nümayişlər və ABŞ-ın təzyiqləri Nikolas Maduronu hakimiyyətdən əl çəkməyə məcbur edə bilməyib. Maduronu əsasən Rusiya dəstəkləyir. Bu günlərdə Rusiya öz hərbçilərini Venesuelaya göndərib. Rubrika.Az Geri qayıt |