Əsas Səhifə > Hadisə > Azərbaycan gömrükçüləri Gürcüstandan qanunsuz siqaret keçirilməsinin qarşısını alıb
Azərbaycan gömrükçüləri Gürcüstandan qanunsuz siqaret keçirilməsinin qarşısını alıb6-04-2019, 12:47 |
![]() Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstan istiqamətindən gələn, Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-21154" markalı nəqliyyat vasitəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında saxlanılıb və gömrük baxışı keçirilib. Bu barədə "Report"a DGK-dan məlumat verilib. Baxışdan əvvəl şifahi sorğu-sual olunan vətəndaş idarə etdiyi avtomobildə gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı minik maşınının salonunda - ön oturacaqların içərisində "King" markalı 5000 ədəd siqaret aşkarlanıb. Faktla bağlı araşdırma aparılır. Rubrika.az Geri qayıt |