Əsas Səhifə > Hadisə > Bakının məşhur göydələnində yanğın oldu

Bakının məşhur göydələnində yanğın oldu


6-04-2019, 15:19
Bakının məşhur göydələnində yanğın oldu

Altes Plaza”-da yanğın baş verib

Yasamal rayonunda İsmail bəy Qutqaşenlı küçəsində yerləşən “Altes Plaza”-nın 8-ci mərtəbəsində yanğın baş verib.

ONA xəbər verir ki, yanğın məişət tullantıları olan eyvanda başlayıb.

FHN-nin yaxınlığda yerləşən 29№ yanğın mühafizə bölməsi hadisə yerinə 3 texnika və canlı qüvvəsini göndərib. Ümumi səylər nəticəsində yanğının qarşısı alınıb, alovun evin içərisinə keçməyə imkan verilməyib.

“Altes Plaza” təhlükəsizlik xidmətinin rəisi ONA-ya verdiyi məlumata görə, yanğın eyvana tullanmış siqaret kötüyündən başlayıb.

Hadisə zamanı evdə heç kəs olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Rubrika.az
Geri qayıt